Ötən il Zərdabda 3000-ə yaxın iş yeri açılıb – Rəsmi məlumat

0

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası, sahibkarlara göstərilən dövlət dəstəyi Zərdab rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır.

Zerdab.com saytı xəbər verir ki, Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yola saldığımız 2018-ci ildə 3000-ə yaxın yeni iş yeri açılıb. Bu iş yerlərinin 408-i daimidir. Təkcə ötən ilin sentyabr ayında rayon mədəniyyət mərkəzində keçirilən əmək yarmarkasına 36 təşkilat üzrə 185 vakant yer çıxarılıb və 36 nəfər işə düzəlib.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünə məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına müvafiq olaraq rayonda özünüməşğulluq layihəsinə qoşulan ailələrin sayı 34-ə çatıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × five =