Zərdabda bu yolda təmirə ehtiyac var

0
24

Sovetlər dövründə asfalt çəkilən, minlərlə insanın hər gün rahatlıqla istifadə etdiyi kənd yolu indi bərbad vəziyyətdədir. Söhbət Zərdab rayonunun Qoruqbağı kəndindən keçərək Məlikli kəndinə gedən yoldan gedir.
Sözügedən yol Məlikli kəndinin 2000-ə yaxın əhalisinin Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin edir.
Bir vaxtlar normal vəziyyətdə olan bu yolda hazırda təmir işlərinə ehtiyac var.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Zərdab rayonunda bir neçə kənd yolunda asfaltlama işləri görülüb – Birinci Alıcanlı yolunda təmir işləri başa çatıb, Zərdab-Qaravəlli yolunun təmirinə isə dövlət büdcəsindən vəsait ayrılıb.
Bundan başqa, yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi yolunun təmirinə hazırlıq işləri gedir.
Zərdabın Məlikli kəndinin sakinləri deyirlər ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərir.
“Yola asfalt çəkilməsi hər gün bu yoldan istifadə edən minlərlə insanın rahatlığını təmin edərdi”,-deyə Məlikli kəndinin sakinləri bildiriblər.
Kənd sakinləri problemlə bağlı Prezident İlham Əliyevə də ərizə ilə müraciət ediblər. (Yeni avaz)