Zərdabda yol tikintisində çalışmaq üçün işçilər axtarılır – ELAN

0
zerdab-alicanli-temir-yol

Cari ildə daxili investisiya hesabına həyata keçirilən və keçiriləcək yeni yol infrastrukturu layihələrində çalışmaq üçün müqavilə ilə vətəndaşların işlə təmin olunması nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Zerdab.com saytına verilən məlumata görə, bu yol infrastrukturu layihələrindən biri də Ucar-Zərdab-Ağcabədi avtomobil yoludur.

Sözügedən avtomobil yolda həyata keçiriləcək yenidənqurma və tikinti işlərinə cəlb olunması üçün Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda olan yol fəhlələri və yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan vətəndaşlar Agentliyin Zərdab rayonunda yerləşən Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edə bilərlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twenty + 7 =