Zərdab və Ağcabədidə “Gənc qızlar üçün biznes imkanları” layihəsi icra olunub

0

Zərdab və Ağcabədi rayonlarında “Gənc qızlar üçün biznes imkanları” adlı layihə icra olunub.

Zerdab.com saytı xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib olmuş Məmmədova Nərmin İlqar qızı tərəfindən Zərdab və Ağcabədi rayonlarında icra olunan sözügedən layihənin məqsədi regionlarda yaşayan və sahibkarlıq fəaliyyəti  ilə məşğul olmaq istəyən gənc qızların inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə ilə bağlı maarifləndirilməsi, onların xırda və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına yönəltmək məqsədi ilə dövlətimizin sahibkarlara yaratdığı münbit şəraitin izah olunması, bazarın araşdırılması, tələb və təklifə uyğun strategiyanın qurulması metodları barədə məlumatlandırılması və bu sahədə mövcud təcrübələr barədə geniş izahat işləri aparılması olub.

Rasif Qaçayevin təlimçiliyi ilə baş tutan və ümumilikdə 70 nəfərədək gənc qızların iştirak etdiyi təlimlər iştirakçıların mövzuya uyğun maraqlı sualları və təklifləri ilə yaddaqalan keçib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten − 9 =