Zərdab sakini yol qəzasında dünyasını dəyişdi – FOTOLAR

0
49
zerdab-ucar-qeza

Ucar-Zərdab yolunda, Ucarın Qəzyan kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Zerdab.com saytı xəbər verir ki, minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Ölən şəxs Zərdab şəhər sakini 1974-cü il təvəllüdlü Ömərov Ceyhun Cəlal oğludur. 

Xəsarət alan isə 1998-ci il təvəllüdlü Ucar rayon Qəzyan kənd sakini Hüseynov Kamal Yaşar oğludur.