“Zərdab orta əsrlərdə” adlı monoqrafiya nəşr edilib

0
zerdab-orta-esrlerde-monoqrafiya-taleh-eliyev

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, həmyerlimiz Taleh Əliyevin “Zərdab orta əsrlərdə” adlı monoqrafiyası nəşr edilib. Zerdab.com satına verilən məlumata görə, elmi-tədqiqat əsəri Zərdab rayonunun tarixi-arxeoloji abidələrinə həsr edilmişdir. Əsərdə bölgənin orta əsr şəhər və kənd tipli yaşayış yerləri, qəbir abidələri və digər abidələri barədə geniş məlumat öz əksini tapmışdır. Monoqrafiya üç fəsildən ibarətdir. İlk fəsildə Zərdab ərazisinin orta əsrlər dövrü üzrə yaşayış yerlərinin, ikinci fəsildə qəbir abidələri və dini-memorial tikililərin, sonuncu fəsildə isə, qeyd olunan abidələrdə aparılan arxeoloji tədqiqat işləri nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələrinin təsnifatı aparılmış, orta əsrlərdə bölgənin mədəni səviyyəsini göstərən sənətkarlıq sahələrindən bəhs edilmişdir. Əsərdə, həmçinin müəyyən etnoqrafik məlumatlar da yer alıb.

Monoqrafiya üç fəsildən ibarətdir. İlk fəsildə Zərdab ərazisinin orta əsrlər dövrü üzrə yaşayış yerlərinin, ikinci fəsildə qəbir abidələri və dini-memorial tikililərin, sonuncu fəsildə isə, qeyd olunan abidələrdə aparılan arxeoloji tədqiqat işləri nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələrinin təsnifatı aparılmış, orta əsrlərdə bölgənin mədəni səviyyəsini göstərən sənətkarlıq sahələrindən bəhs edilmişdir. Əsərdə, həmçinin müəyyən etnoqrafik məlumatlar da yer alıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 × 2 =