Zərdabda toyu olacaq 18 yaşlı qızın meyiti tapıldı – Dəhşətli intihar

0
33

Zərdab rayonunda intihar hadisəsi baş verib.
Rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı özünü öldürüb.
2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı valideynlərinin təkidi ilə 9-cu sinifdən təhsilini yarımçıq qoyubmuş.
Bir müddət əvvəl nişanlanan gənc qızın yaxın vaxtlarda toyu planlaşdırılırmış.
Bildirilir ki, ailənin böyük övladı olan Nərminin hər hansı probleminin olması ilə bağlı hər hansı məlumat olmayıb.
Dünən evin həyətindəki tövləyə daxil olan anası Nərminin özünü asdığını görüb. O, qızına kömək etməyə çalışsa da, 18 yaşlı Nərminin artıq keçindiyi məlum olub.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

(Mənbə: Publika.az)