Həsən bəy Zərdabi Muzeyində Novruz bayramı ilə bağlı tədbir keçirilib

0
29

Zərdab rayon Həsən bəy Zərdabi Muzeyində Novruz bayramı ilə əlaqədar “Bahar, xoş gəlmisən Azərbaycana” adlı tədbir təşkil edilib. Muzeydən Zerdab.com saytına verilən məlumata görə, tədbirdə bayram adət və ənənələrimizi  əks etdirən eksponatlar, milli yeməklər, şirniyyatlar, xonçalar və s. yer alırdı.

Milli geyimdə olan oğlan və qızların ifasında kompozisiyalar nümayiş etdirilib.