“Zərdab orta əsrlərdə” monoqrafiyası şəhidimizin xatirəsinə həsr edilib

0
Zerdab-qoruqbagi-sehid-babek-ismayilov

Xəbər verdiyimiz kimi, Zərdab rayonunun orta əsrlər dövrü arxeoloji abidələrinə həsr edilən əsər nəşr olunub.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Oğuz-Qax arxeoloji ekspedisiyasının rəhbəri Taleh Əliyevin “Zərdab orta əsrlərdə” adlı monoqrafiyası çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən əsər 8 oktyabr 1992-ci ildə Ağdərə bölgəsindəki Çıldıran yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş, Zərdab rayonunun Qoruqbağı kəndinin ilk şəhidi Babək İsmayılovun xatirəsinə həsr edilib.

zerdab-orta-esrlerde-monoqrafiya-taleh-eliyev

Monoqrafiyanın elmi redaktoru tarix üzrə elmlər doktoru Qafar Cəbiyev, elmi rəyçiləri – tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov və tarix üzrə fəlsəfə doktoru Əlibaba Babayevdir.

Nəşrdə Zərdab rayonunun tarixi-arxeoloji abidələri, orta əsr şəhər və kənd tipli yaşayış yerləri, dini-memorial tikililəri, maddi mədəniyyət nümunələrinin təsnifatı barədə geniş məlumat öz əksini tapıb.

Kitab orta əsrlər dövrü və İslam arxeologiyası üzrə ixtisaslaşan arxeoloqlar, tarixçilər, etnoloqlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twelve − six =