“İşdən çıxarılmamışam” – Zərdab rayon Dövlət Yol polisi bölməsinin rəisindən açıqlama

0

Bəzi KİV-lərdə Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Rəşad Xəlilovun vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.

Rəşad Xəlilov Zerdab.com saytına açıqlamasında işdən çıxarılması barədə yayılan məlumatı təkzib edib.

Bölmə rəisi məzuniyyətdə olduğunu bildirib: “Hazırda məzuniyyətdəyəm və işdən çıxarılmağım barədə məlumatın əsası yoxdur”.

Qeyd edək ki, polis kapitanı Rəşad Xəlilov 2015-ci ilin noyabr ayında Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.

Bir müddət əvvəl Daxili İşlər naziri Ramil Usubov Rəşad Xəlilovu “Əla xidmətlərə görə” döş nişanı ilə təltif edib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 + nine =