Aprel şəhidimizin məzarına yürüş təşkil olunub

0
30

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar 5 aprel 2019-cu il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin, Rayon Gənclər və İdman İdarəsinin və Zərdab Rayon Təhsil Şöbəsinin nümayəndələrinin, o cümlədən gənclərin birgə iştirakı ilə aprel şəhidimiz, gizir Nurlan Abdullazadənin Təzəkənd kəndində yerləşən məzarına yürüş təşkil olunub.

Eyni zamanda məzarlıqda Nurlanla bərabər uyuyan digər şəhidlərimiz Namiq Məmmədovun, Kamran Məmmədovun və Məhəmməd İsrəfilovun məzarları da ziyarət olunub.