Zərdabın Bıçaqçı kəndinin tarixi ilə bağlı maraqlı faktlar

0

Zərdab rayonunun qədim kəndlərindən olan Bıçaqçının tarixi barədə hələ bir müddət öncə www.zerdab.com saytında məlumat verilmişdi (http://www.zerdab.com/?p=187). Lakin bu yaxınlarda saytımıza əslən Zərdab rayonundan olan tarixçilərdən biri bu kəndin tarixi ilə bağlı daha maraqlı məlumatlar göndərib. Sən demə, Bıçaqçı kəndinin ətrafında Məhəmməd peyğəmbərin (s.ə.s) nəslindən olduğu deyilən Seyid Şahimərdanın XIV-XV əsrlərə aid qəbri var imiş. Bundan əlavə, XX əsrin əvvələrində erməni-türk savaşında kəndin Məmmədsan, Məhəmməd, Aloslan, Məmmədkərim, Mustafa, Abbasəli, Məlik Zakiroğlu kimi igidləri ermənilərin Şamaxıda törətdikləri vəhşi qırğınlardan xəbər tutan kimi, oraya yollanıb Qafqaz türk islam ordusunun döyüşçülərinə qoşularaq vuruşublar. Rəsul adlı bıçaqçı kənd sakini isə elə orada – Acıdərə yaxınlığındakı döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Türk mənbələrində o da qeyd olunur ki, hələ o vaxt Bıçaqçılıların igidliyinə heyran qalan türk paşası və yüzbaşı bu kəndə gələrək kəndin cavanlarına hərbi təlim keçilməsinə başlayıb. Bıçaqçı sakinləri o vaxt türk ordusuna xeyli araba, at, cöngə, digər ərzaq məhsulları pay veriblər.
Bıçaqçı kəndinin şair oğlu, XVIII-XIX əsrlərdə yaşamış, Şəki mədrəsəsində təhsil almış, Şərq ədəbiyyatını dərindən bilən Qədir Əfəndi isə şeirləri ilə Azərbaycanda məşhur olub. Görkəmli tədqiqatçı Salman Mümtaz 1935-ci ildə nəşr olunan “El şairləri” kitabında Qədir Əfəndinin “Tatar”, “Eynək”, “Çəltik”, “Çust”, “Şahupalıd”, “Alça” şeirlərini və İsmi bəy Nakamla məktublaşmalarını verib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 5 =