Bakıda oğurluq edib Zərdaba gəlmişdi, polislər saxladı – Təfərrüat

0
zerdab-rayon-polis-sobesi

Paytaxtın Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Kərimov aprelin 3-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki mağazasından təmir-tikintinin alətləri və məişət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zerdab.com saytına verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Cinayət əməlini törədən şəxsin Zərdab rayonu ərazisində olduğu qısa müddətdə müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli 6-cı polis bölməsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 + eight =