Zərdabda əhalinin pulsuz tibbi müayinəsi davam edir -Siz də yararlanın

0
Zerdab Rayon Merkezi Xestexanasi

Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızın hər yerində, o cümlədən Zərdab rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq bölgədə 42 yaşayış məntəqəsindən 24-də bu humanist aksiya başa çatıb.

Zerdab.com xəbər verir ki, Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 18 və yuxarı yaşda olan 35 min 886 nəfər tibbi müayinədən keçməlidir. İndiyədək bu humanist aksiyadan 21 min 579 nəfər yararlanıb. Onlardan 542 nəfər ambulator, 18 nəfər stasionar müalicəyə cəlb edilib, 12 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 15 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Tibb müəssisələrinə gəlmək imkanı olmayan ahıl və xəstə insanların müayinəsi xüsusi səyyar briqada tərəfindən evlərdə aparılır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × 1 =