YAP Zərdab rayon təşkilatı Gənclər birliyinə yeni sədr seçilib – Fotolar

0

12 aprel 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Gənclər birliyinin V konfransı keçirilib.

Təşkilatdan Zerdab.com saytına verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Konfransın rəsmi hissəsi Zərdab Rayon İcra Hakimiyyətinın iclas zalında davam etdirilib. 61 ərazi ilk partiya təşkilatından seçilmiş 300 nəfər nümayəndənin 268 nəfəri konfransın işinə qatılıb.

Konfransın işində eyni zamanda Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı, YAP Zərdab rayon təşkilatının şura üzvü, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lüfvəli Babayev, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü-Seymur Orucov, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, filiologiya elmlər doktoru, professor – Jalə Əliyeva, 90 saylı Ağdaş Seçki Dairəsi  üzrə Azərbaycan Respublikasının  Milli Məclisinin  Deputatı, YAP Nəzarət Təftiş Komissiyasının üzvü – Cavid Osmanov iştirak edib.

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova konfransı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Pərvin Mahmudova konfransın gündəliyi haqqında məlumat verib.

Gündəliyə əsasən YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Ələkbər Kərimovun hesabatı dinlənilib.

Ə. Kərimov öz çıxışında rayon təşkilatının ötən konfransdan sonrakı dövr ərzindəki fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, YAP Zərdab rayon təşkilatının üzvlərinin sayı 6186 nəfəri keçib, onlardan gənclərin sayı 1745 nəfərdir. YAP Zərdab rayon təşkilatının Gənclər birliyinin üzvlərinin 762 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərin 561 nəfəri ali, 291 nəfəri orta ixtisas, 893 nəfəri orta təhsillidir. Gənclərin 415 nəfəri təhsil, 114 nəfəri səhiyyə, 138 nəfəri idarəetmə, 101 nəfəri elm, mədəniyyət və incəsənət sahəsində,  qalan 967 nəfər isə digər idarə və müəssisələrdə çalışır: “Sıralarımızda olan gənclərin 3 nəfəri Avropa Çempionu, 1 nəfəri Dünya Çempionu, 3 nəfəri Respublika Çempionu, 1 nəfəri İdman Ustasısıdır. 66 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq, bələdiyyə üzvü seçiliblər. Ən əhəmiyyətlisi odur ki, rayonun əsas istehsal sahələrində, idarəetmə orqanlarında YAP-ın gənc üzvlərinin sayı günbəgün artmaqdadır. Beləliklə, YAP Zərdab rayon təşkilatı Gənclər Birliyi rayonun bütün ictimai – siyasi həyatına təsir etmək imkanlarını, cəmiyyətdəki nüfuzunu daha da gücləndirir. Gənclər Birliyi rayonda fəaliyyət göstərən dövlət və qeyri hökumət təşkilatları və ictimai birliklərlə əməkdaşlıq şəraitində öz işini qurmaqla gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsi və asudə vaxtlarının səmərəli keçirilməsi, onların hazırki durumu, qayğıları, problemləri və istəklərinin öyrənilməsi və düzgün yönləndirilməsi istiqamətində öz işini səmərəli şəkildə qurmağa çalışıb”.

Daha sonra partiyanın gənc üzvləri- Rəmzi Şirinov, Nərmin Babaşova, Vəfadar İbrahimzadə çıxış edərək, partiyanın yaranma tarixi, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və dövlət gənclər siyasətinin uğurları, bugünkü gündə gəncləri düşündürən və eyni zamanda onları narahat edən məsələlər barədə məlumat veriblər.

Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Gənclər birliyinin 17 nəfərdən ibarət şurası, 11 nəfərdən ibarət idarə heyəti seçilib. Gizli səsvermə yolu ilə Yarməmmədbağı kənd tam orta məktəbinin müəllimi Rəmzi Şirinov YAP Zərdab rayon təşkilatın Gənclər Birliyinin sədri seçilib. Nərmin Babaşova və Vəfadar İbrahimzadəsədrin müavinləri seçiliblər.

YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Rəmzi Şirinov və Nərmin Babaşova YAP Gənclər Birliyinin Bakıda keçiriləcək V  konfransına nümayəndə seçiliblər.

Daha sonra toplantıda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatları Jalə Əliyeva və Cavid Osmanov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Çıxışlarda, həmçinin Zərdab rayon gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştirakından danışılıb, bu baxımdan Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndirilib.

Konfransda çıxış edən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev partiyanın yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin respublikamızın hərtərəfli və sürətli  inkişafı naminə həyata keçirdiyi çoxşaxəli və innovativ islahatlar barədə geniş məlumat verib: “Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir ki, onun keçdiyi həyat yolu xalqının dünənini, bu gününü və sabahını aydın göstərir. 50 il öncə Ulu Öndərin respublikamızda ilk dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açıb. Təsadüfi deyildir ki, həmin illər respublikamızın intibah dövrü kimi səciyyələnir. Təbiidir ki, bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri, Yeni Azərbaycan Partiyası isə Heydər Əliyev partiyası adlandırılır.

Yeni Azərbaycan Partiyası həqiqətən zamanın tələbindən yaranıb və qısa müddətdə ümumxalq partiyasına çevrilib”.

Yekunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 − 1 =