Bakıda maşın qaçıran Zərdab sakini qəza törədib – Təfərrüat

0
qeza-zerdab-avariya

Paytaxtın Səbail rayonunun Ü. Hacıbəyov küçəsindən Bakı şəhər sakini A. Qəhrəmanovun “Mercedes” markalı avtomobili qaçırılıb.

Zerdab.com saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Zərdab rayon sakini M. Bəkirli tərəfindən qaçırılması və həmin gün saat 5 radələrində Q. Qarayev prospektində idarə edilərkən Bakı şəhər sakini G. Ağazadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşması müəyyən edilib.

G.Ağazadəyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

M. Bəkirli 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × three =