Zərdabdan Prezidentə məktub – Dəkkəoba sakinləri yazır

0
prezident-ilham-eliyev-zerdab-lutveli-babayev

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif bölgələrindən məktublar gəlir.

Zerdab.com saytı Zərdab rayonunun Dəkkəoba kənd sakinləri Bayraməliyeva Simuzər Abbas qızı və İsayeva Salatın Əli qızının Prezindentin rəsmi saytında yer alan məktubunu olduğu kimi təqdim edir:

“Çox hörmətli cənab Prezident.

Son vaxtlar Sizin həyata keçirdiyiniz sosial islahatlar biz təqaüdçülərin də ürəyincə olmuş və bizi hədsiz sevindirmişdir. Təqaüdlərin artırılması ilə əlaqədar imzaladığınız Sərəncam dövlətimizə qarşı bizdə böyük rəğbət hissi oyatmışdır. Artıq, artırılmış təqaüdlərimizi almışıq. Bu, biz ahıl insanların daha yaxşı, firavan yaşamasına səbəb olmuşdur.

Biz – yaşlı nəslin nümayəndələri hiss edir və görürük ki, möhtərəm Prezidentimiz həmişə vətəndaşlara dayaqdır. Ona görə də cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayır, həmişə Sizə dəstək olacağımızı bildiririk.

Allah Sizi qorusun.

Hörmətlə,

Bayraməliyeva Simuzər Abbas qızı,

İsayeva Salatın Əli qızı.

Azərbaycan Respublikası, Zərdab rayonu, Dəkkəoba kəndi”.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen − fourteen =