Qarabağ döyüşlərində neçə-neçə Zərdablı gənc öz borcunu şərəflə yerinə yetirib

0
qarabag-karabakh

Prezident İlham Əliyev “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən təqaüdün aylıq məbləği 80 manat müəyyən olunub.

Təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;

Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.

Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Qeyd edək ki, Zərdab rayonunda ötən il 2 nəfər Qarabağ müharibəsi əlilinə avtomobil verilib. Beləliklə, rayonumuzda avtomobillə təmin edilən Qarabağ müharibəsi əlillərinin sayı 24-ə çatıb.

Xatırladaq ki, Qarabağ uğrunda gedən döyüşlərdə neçə-neçə Zərdablı gənc Vətən qarşısında öz övladlıq borcunu şərəflə yerinə yetirib.

130-dan çox qəhrəman Zərdablımız şəhidlik zirvəsinə ucalıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 + 1 =