FHN-də işə qəbul olmaq istəyən Zərdab sakinlərinin nəzərinə – ELAN

0

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (FHN) sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə davam edir.

FHN-dən Zerdab.com-a bildiriblər ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, bu il mayın 31-dək 30 yaşı tamam olmamış, boyu 170 santımetr və yuxarı olan, tam orta, orta ixtisas və müvafiq ali təhsilli, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarla müəyyənləşdirilən şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Aprelin 30-da saat 09:00-dan etibarən Yevlax şəhərində, FHN-in Aran Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqədə Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Ağdaş, Goranboy, Kürdəmir, Zərdab, Ucar, Göyçay rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd (attestat və s.), hərbi bilet, sağlamlıq haqqında arayış (Forma № 086), vərəm əleyhinə, dəri-zöhrəvi, ruhi əsəb xəstəlikləri və narkoloji dispanserlərdən arayış təqdim etməlidirlər.

Vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

18 − 10 =