Zərdab Rayon Statistika İdarəsi bu ilin ilk 3 ayı ilə bağlı məlumatları açıqlayıb

0
53

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 68 nəfərdir. Zərdab rayonunda  1 aprel 2019-cu il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. 

Zerdab.com saytına verilən məlumata görə, ilkin hesablamalara görə 2019-cu ilin cari 3 ay ərzində Zərdab rayonun əhalisinin sayı 90 nəfər və ya 0,2 faiz artaraq 58857 nəfərə çatıb. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2019-cu ilin ilk 3 ayı ərzində rayonda 175, hər gün orta hesabla 1-2 körpə doğulub  ki, onların da 19,4 faizi şəhər və qəsəbələrdə, 80,6 faizi isə kənd yerlərində qeydə alınıb. Rayon üzrə təbii artım 101 nəfər olub. Rayon üzrə orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Hesabat dövründə  Zərdab rayonunda 74 ölüm qeydə alınmışdır. Bundan 1 nəfəri 1 yaşa qədər ölüm olub. 1 yaşa qədər ölüm kənd yerlərində qeydə alınıb. Ölənlərin ümumi sayından 1-4 yaşda 1, 25-29 yaşda – 1,  35-39 yaşda – 1,  45-49 yaşda – 4, 50-54 yaşda – 3, 55-59 yaşda – 4, 60-64 yaşda – 8, 65-69 yaşda – 9, 70-74 yaşda – 10, 75-79 yaşda – 7, 80-84 yaşda – 14, 85 yaşdan yuxarı – 11 nəfər ölüm halları qeydə alınıb.

Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 1,4-dən 1,3-ə qədər azalıb. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olub.
2019-ci il yanvar-mart ayları ərzində rayon üzrə 77 nikah və 12 boşanma halı qeydə alınıb. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 28,8, qadınlar arasında isə 24,2 yaş təşkil edir.
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Zərdab rayonuna  gələn qeydə alınmayıb. Zərdab rayonundan isə  11 nəfər gedən qeydə alınaraq miqrasiyanın mənfi saldosu 11 nəfər təşkil edib.