Şah İsmayıl Xətai 1501-ci ildə Zərdaba gəlibmiş – Tarix

0
86
sah-ismayil-xetai

Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçib, indiki Zərdab ərazisinə gəlib, buradan Qəbələyə, sonra isə Şamaxıya yürüş edib.
Bu barədə Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazıb.

Zərdabın indiki Əlvənd kəndinin “Beyləqan” adlanan məhəlləsi də çox qədim zamanlardan xəbər verir. Görünür XIII əsrdə monqollar tərəfindən sıxışdırılan beyləqanlılar bu kənddə məskunlaşmışlar.
Əlvənd bazarı Şərqin ən böyük bazarlarından olmuşdur. Əlvənd kəndi ilə yanaşı, Zərdabın indiki Dəli Quşçu (keçmiş Lələ Əhmədli) kəndinin də tarixi çox qədimliyə söykənir. 

Zerdab.com