Zərdabda eramızdan əvvəl II minilliyə aid qablar tapılıb – foto

0

Zərdab rayonunun Qoruqbağı kəndi ərazisindən bizim eradan əvvəl II minilliyə aid qablar tapılıb. www.zerdab.com saytının məlumatına görə, qablar Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyində saxlanılır. Bu barədə sayta muzeyin direktoru Şahnaz Mustafayeva məlumat verib. Şahnaz Mustafayevanın sözlərinə görə, Qoruqbağı kəndi ərazisində tapılmış, II minilliyə aid qablar primitiv olsalar da, böyük mədəniyyət nümunələri sayılırlar. Ş. Mustafayevanın bildirdiyinə görə, həmin qablar kənd ərazisində şum işləri aparılarkən bir neçə il əvvəl aşkarlanıb. Kənd sakini Qulu Lətifov (hazırda həmin şəxs vəfat edib-red) həmin qabları muzeyə təqdim edib.

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 8 =