“Zərdabda sahibkarlara lizinq yolu ilə damazlıq heyvanlar satılır”

0
36

Zərdab rayonunda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Zerdab.com saytına Zərdab Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir.

Məlumatda bildirilib ki, rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb: “Bu səbəbdən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (1 aprel 2019-cu il vəziyyətinə) 54 min 724 baş iribuynuzlu, 113 min 760 baş xırdabuynuzlu heyvan var. 1 aprel 2019-cu il tarixə ət istehsalı 10819 sentner, süd istehsalı 64506 sentner, yumurta istehsalı 2027 min ədəd olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 7 sentner, süd istehsalı 9 sentner, yumurta istehsalı  min ədəd artıb.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilib. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılıb. 2019-cu ilin yanvar-mart aylarında 965 baş inək və düyələrdə süni mayalanma aparılıb, 434 baş sağlam bala alınıb ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub”.