Zərdabın Qoruqbağı kəndinin tarixi ilə bağlı maraqlı faktlar – Tarix

0
15568
qoruqbagi-zerdab

Zərdab rayonunun Qoruqbağı kəndi kürsahili kəndlərdən biridir, çayın sol sahilində yerləşir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Taleh Əliyevin Zerdab.com saytına verdiyi məlumata görə, Qoruqbağı ərazisinə Xəlillilər Girdimançay vadisində Şirvan düzündə yerləşən Ağsu rayonunun Xəlilli kəndindən gəlmişdir. 

Xəlilli tayfası XIII – XIV əsrlərdə Azərbaycan ərazisinə Hülakülər tərəfindən Qərbi Türküstan əyalətindən köçürülmüşdür. Tayfa ağ hunların qayı adlandırılan dəstəsinə daxil olmuşdur. Tədqiqatlar göstərir ki, bu tayfa əslində oğuzların Qayı boyuna məxsus olmuşdur. Qayıların isə Osmanlı tarixindən əsrlər boyu necə böyük rol oynadığı məlumdur.

Qoruqbağı ərazisinə Xəlillilər Girdimançay vadisində Şirvan düzündə yerləşən Ağsu rayonunun Xəlilli kəndindən gəlib. 
ƏHələ XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xançoban mahalına daxil olan Xəlilli kəndinin nüfusu 39 ailə idi. Yuxarıda mahal haqqında məlumatda məhz Xəlilli toponiminin adı keçir. Həmin dövrdə Xəlilli kəndi Şirvan feodallarından Qasım bəyin mülkiyyətində olduğundan xan və çar xəzinəsinə vergi vermirdi. Xəlilli kəndi getdikcə genişlənmiş, Ağsu rayonunun böyük kəndlərindən birinə çevrilmişdir.