Səfəvilər dövründə Zərdab ərazisində də üsyanlar baş qaldırmışdı – TARİX

0
tarix-usyan-zerdab

Səfəvilər dövlətinin zəiflədiyi dövrdə feodal özbaşınalıqları geniş vüsət aldığı zaman onlara qarşı yerlərdə üsyanlar baş qaldırır. Şirvan üsyançılarının əsas məntəqələrindən biri də Zərdab ərazisi olmuş, burada Müskürlü üsyançıları xüsusilə fərlənmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Taleh Əliyevin Zerdab.com saytına verdiyi məlumata görə, məhz 1724-cü il İstanbul sülhündən sonra Rusiya Hacı Davud Müskürlünü Şirvan xanı kimi tanımış və Zərdab ərazisi də onun idarə etdiyi əraziyə daxil edilmişdir: “Lakin 1727-ci il Nabur sülhündən sonra əraziyə rəhbərlik rus meyilli hakim Qazıqumuxlu Surxay xanın əlinə keçmişdir. 1736-1747-ci illərdə Zərdab ərazisi bütün Azərbaycan torpaqları kimi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibində Azərbaycan vilayətinin bir hissəsi olmuşdur. Nadir şahın öldürülməsindən sonra Zərdab ərazisi Şamaxı xanlığının tərkibində olmuşdur. Bu dövrdə yenə də Zərdab və Ucar rayonlarının ərazisi birlikdə Qarasubasar mahalına daxil olmuşdur. N.Bayramova “Şamaxı xanlığı” əsərində yazır: “Qarasubasar mahalına Şilyan, I Ləki, II Ləki, Əlvənd, Muradxan, Xələc, Zərdab, Çallı və s. kəndlər daxil idi. Mahalın əhalisinin çox hissəsi əkinçiliklə məşğul olurdu”. Qubalı Fətəli xan Şirvanı tabe etdikdən sonra bir müddət ərazi (1768-1790-cı illərdə) Quba xanlığının tərkib hissəsinə çevrilmişdir. Onun ölümündən sonra yenidən Şamaxı xanlığının ərazisi olmuşdur”.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 + nine =