Zərdabda futbol üzrə final oyunundan fotolar – Məlikli yenə çempion oldu

0
36

Futbol idman növü üzrə Zərdab rayon çempionatı başa çatdı. Zerdab.com saytı xəbər verir ki, Yeni Azərbaycan Partiyası Zərdab rayon Təşkilatının, Zərdab rayon Gənclər və İdman idarəsinin və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol idman növü üzrə rayon çempionatına yekun vurulub.

Gərgin mübarizələr və maraqlı anlarla yadda qalan çempionatın final oyununda Məlikli və Gəndəbil kənd komandaları qarşılaşdı. Qarşılaşmada Məlikli komandası 2-0 hesabı ilə üstünlük əldə edərək çempionatın qalibi adını qazandı.

Bağlanış mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini, Yeni Azərbaycan Partiyası Zərdab rayon Təşkilatının sədri Pərvin Mahmudova və Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.

Çempionatda, birinci yeri tutmuş Məlikli kənd komandasına kubok, diplom və hədiyyə, ikinci yeri tutmuş Gəndəbil kənd komandasına, o cümlədən III yerləri tutmuş Gödəkqobu və Hüseynxanlı, Xanməmmədli komandalarına, həmçinin digər komandalara və idmançılara müxtəlif naminasiyalar üzrə diplom və hədiyyə təqdim olundu. Qalib olmuş komandaları çempionatın təşkilatçıları adından təbrik edirik.