Zərdabda faşizm üzərində qələbənin ildönümü qeyd olunub – Fotolar

0
zerdab-fasizm-uzerinde-qelebe

Zərdab şəhərində, Kür çayı sahilindəki Qələbə meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

Zerdab.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış abidə kompleksi önünə, sonra isə Zərdab rayonundan olan Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önünə gül dəstələri qoyublar.
Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev mərasimdə çıxış edib. Bildirib ki, müharibə illərində xalqımız həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərib. Bu qəhrəmanlar arasında zərdablılar da çox olub. Qeyd edilib ki, ölkəmiz hazırda müharibə şəraitində olmasına baxmayaraq dövlətimizin başçısı bütün insanlara, xüsusilə, müharibə veteranlarına, onların sosial problemlərinin həllinə yüksək diqqət və qayğı göstərir.
Mərasimdə çıxış edənlər müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə davam etdirilib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 + two =