Zərdabda ulu öndərin anadan olmasının ildönümü qeyd olunub – Fotolar

0
28

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Zərdab rayon ictimaiyyəti ümummilli liderimizin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.
Zerdab.com saytına verilən məlumata görə, Ulu Öndərin zəngin və şərəfli ömür yolundan söz açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən ətraflı danışıb. Bildirib ki, o, nadir tarixi şəxsiyyət olmaqla müstəqilliyimizin qorunub saxlanılması, dövlət təsisatlarının yaradılması, azərbaycançılıq məfkurəsinin formalaşması istiqamətlərində misilsiz xidmətlər göstərib.

İcra başçısı vurğulayıb ki, Ulu Öndərin bizə irs qoyub getdiyi milli dövlətçilik təcrübəsi dərindən öyrənilməli, gənc nəslə təbliğ olunmalıdır.
Tədbirlər çərçivəsində Ümummilli liderimizin adını daşıyan parkda təşkil edilən əl işlərindən ibarət sərgi və divar qəzetləri maraqla izlənilib. Təşkil olunmuş “Kitab bayramı” da böyük marağa səbəb olub. Kitab sərgisində nümayiş olunan Müstəqil dövlətimizin banisi Heydər Əliyevə həsr edilmiş kitablar, klassik və müasir ədəbiyyat nümunələri, müasir Azərbaycanın uğurlarından bəhs edən jurnallar maraqla qarşılanıb.


Yerli incəsənət ustalarının təqdim etdikləri konsert proqramı da alqışlarla qarşılanıb.