Zərdabın adına ilk dəfə Ağqoyunlu mənbələrində rast gəlinir – TARİX

0
zerdab-zardab-rayon-tarix

Tarixi qaynaqlarda Zərdab adına ilk dəfə XV əsr Ağqoyunlu dövrü mənbələrində rast gəlinir.
Zerdab.com saytı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Taleh Əliyev elmi araşdırmasına istinadən bildirir ki, rayon ərazisində yerləşən Əlvənd kəndi də məhz Ağqoyunlu Əlvənd Mirzənin dövründən iri yaşayış məskəninə çevrilmişdir. Belə ki 1500-cü ildə Ağqoyunlu dövlətinin Əbhər sazişinə əsasən iki yerə parçalanmasından sonra dövlətin əsas mərkəzi hesab olunan Azərbaycan torpaqları Əlvənd Mirzənin hakimiyyəti altında qaldı. Məhz bu hadisə ərəfəsində Ağqoyunlu mənbələri Zərdabın adını çəkir. Təbii ki bunu həm də Ağqoyunluların Şirvanşahlarla sıx əlaqə saxlaması kimi də dəyərləndirmək olar.

1538-ci ildə Şirvanşahlar dövlətinə Səvəfi şahı I Təhmasib tərəfindən son qoyuldu və yaranmış Şirvan bəylərbəyliyinin cənub torpaqlarına Zərdab ərazisi də məhz Zərdab adı ilə daxil olmuşdur. 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

20 + 11 =