Kanada şirkətinin neft çıxaracağı ərazi Zərdabın harasında yerləşir?

0
zerdab.com-zerdab-rayonu-muradxanli-ceferli-zerdab-yataq

Azərbaycanın “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunun işlənilməsi üzrə operator olan Kanadanın “Zenith Energy” şirkətinin görəcəyi işlərlə bağlı məlumatlarla mətbuatda tez-tez rastlaşırıq.

Əminik ki, həmin yataqların harada yerləşməsi, adında niyə Zərdab sözünün olması hər bir həmyerlimizə çox maraqlıdır.

Bunu nəzərə alaraq Zerdab.com saytı bəzi dəqiqləşdirmələr aparıb.

SOCAR-dan Zerdab.com-a verilən məlumata görə, bu yataqlar üzrə kontrakt sahəsi, İmişli və Zərdab rayonlarının hüdudlarında yerləşir.

Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir.

Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb. Struktur 1943-cü ildə qravimaqnit kəşfiyyatla aşkar edilib, 1975-ci ildə ÜDN üsulu (ümumi dərinlik nöqtəsi ) ilə qazımaya hazırlanıb.

Onu da əlavə edək ki, Muradxanlı, Cəfərli və Zərdab Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında (“Saziş”) “Zenit Aran Oil Company” (“Zenit”), SOCAR-ın Ortaq Neft Şirkəti (“ONŞ”) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında, 16 mart 2016-cı il tarixində imzalanıb və 11 avqust 2016-cı il tarixindən qüvvəyə minib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × 5 =