Zərdabdan Prezidentə məktub – Əsədova Qızılgül Kamal qızı yazır

0
29

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif bölgələrindən məktublar gəlməkdə davam edir.

Zerdab.com saytı Prezident.az saytına istinadən Zərdab rayon sakini

Əsədova Qızılgül Kamal qızının dövlət başçısına yazdığı məktubu olduğu kimi təqdim edir:

“Hörmətli cənab Prezident.

Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılan ulu öndərimiz Heydər Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğı biz vətəndaşları hər zaman qurub-yaratmağa ruhlandırırdı. Məhz buna görə Azərbaycan xalqı ümidini və əzmini itirmədi, min bir əzaba qatlaşaraq Ulu Öndərin rəhbərliyi ilə öz müasir müstəqil dövlətini qurdu.

Biz Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycanı uğurla inkişaf etdirən cənab Prezidentimizə – Sizə həmişə güvənmişik. Sizə ölkəmizin daxili və xarici siyasətində yeni-yeni uğurlar qazanmağı arzulayırıq.

Ölkəmizdə hər bir vətəndaşın hüquq və azadlıqları ildən-ilə daha yaxşı təmin olunur. Siz dövlət qulluqçularına vətəndaşlarla düzgün davranmaları, ədalət prinsipinin qorunması barədə göstərişlər verirsiniz. Biz bunun səmərəsini görür, hiss edirik.

Son illər ərzində istifadəyə verilən diaqnostika mərkəzlərində və xəstəxanalarda biz vətəndaşların sağlamlığı üçün yaradılmış gözəl şəraitə görə də Sizə “Çox sağ olun!” deyirik.

Cənab Prezident, həyatınız hər zaman firavan, işləriniz avand olsun!

Hörmətlə,

Əsədova Qızılgül Kamal qızı.

Azərbaycan Respublikası, Zərdab rayonu”.