Zərdabda muzeylərlə bağlı tədbir keçirilib – FOTOLAR

1
Zerdab-rayonu-muzey

Zərdab rayon Tarix-diyarşünaslıq muzeyi, Həsən bəy Zərdabi muzeyi və Heydər Əliyev Mərkəzi birlikdə 18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə “Muzeylər-tariximiz, sərvətimiz” adlı tədbir təşkil edib.

Zerdab.com saytı xəbər verir ki, tədbirdə çıxış edən Tarix-diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva, Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova və Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova muzey işçilərini təbrik edərək muzeylərin tarixindən və fəaliyyətindən söz açıblar.

Qeyd olunub ki, muzeylər mənsub olduqları xalqların çox əsrlik tarixini özündə əks etdirən maddi-mənəvi xəzinədir. Tarixin müəyyən məqamlarını özündə yaşadan eksponatları qoruyan, saxlayan, nümayiş etdirən maddi-mənəvi xəzinəmiz olan muzeylər tarixin aynasıdır. Muzeylər milli mədəniyyət nümunələrimizin qorunduğu məkan, yaşayan tarixdir.

Tədbirdə eyni zamanda Zərdab rayon Mədəniyyət Mərkəzinin, MKS-nin, Veteranlar klubunun işçiləri, şəhər 1 saylı məktəb-liseyinin, şəhər 2 saylı və şəhər 3 saylı tam orta məktəbinin müəllim və şagirdləri, şəhər 1 saylı körpələr evi-uşaq baxçasının müəllim və körpələri, uşaq yaradıcılıq mərkəzinin əməkdaşları, Zərdab rayon “Əkinçi” qəzetinin əməkdaşları, Zərdab rayon Gənclər təşkilatının nümayəndələri , Uşaq İncəsənət Məktəbinin kollektivi iştirak edib.   

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × 3 =