“Zərdabın daha 3 kəndində yeni məktəb binaları tikiləcək” – Adlar

0
36

“Azərbaycan Respublikası Prezidentinin 16 mart 2018-ci il tarixli sərəncamına əsasən Zərdab şəhərində və Hüseynxanlı kəndində 80 şagird yerlik modul tipli ümumi orta, Nəzəralılı və Siləyli kəndlərində 20 şagird yerlik modul tipli ibtidai məktəblər quraşdırılıb”. Zerdab.com saytı xəbər verir ki, bu fikirləri Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 2019-cu ilin birinci rübündə rayonda görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirib.

zerdab-usaq-bagcasi-basci

L. Babayev Sarıqaya kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasının yaxın vaxtlarda başa çatdırılacağını deyib: “Beləliklə, rayon üzrə 44 ümumtəhsil məktəbinin 27-də (61 faiz) təlim-tərbiyə prosesi yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərdə davam etdiriləcəkdir”.

Başçı qeyd edib ki, “Azərbaycan  Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Zərdab rayonunda səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası, idman-sağlamlıq, təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdiriləcək: “O cümlədən şəhər 2 saylı, Bıçaqçı, Şahhüseynli, Gəlmə  kənd tam orta məktəblərinin əsaslı təmiri, Dəli Quşçu və Şəftəhal kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi, Bəyimli qəsəbə modul tipli tam orta məktəbin quraşdırılması nəzərdə tutulur”.