Rəşad Xəlilova vəzifə verildi – Hacıqabul DYP-nin rəisi təyin olundu

0
resad-xelilov-zerdab-dyp1

Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru Rəşad Xəlilova vəzifə verilib.

Zerdab.com saytına verilən məlumata görə, Rəşad Xəlilov Hacıqabul rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, polis kapitanı Rəşad Xəlilov 2015-ci ilin noyabr ayında Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunmuşdu.

Bir müddət əvvəl Daxili İşlər naziri Ramil Usubov Rəşad Xəlilovu “Əla xidmətlərə görə” döş nişanı ilə təltif edib.

Qeyd edək ki, Rəşad Xəlilov rayonumuzda müsbət imici ilə tanınan Daxili İşlər Orqanı əməkdaşlarından olub.

Görünür, elə buna görə də fəaliyyəti yüksək qiymətləndirilərək ərazi və əhalicə daha böyük olan rayonda – Hacıqabulda rəis təyin edilib.

İnanırıq ki, R. Xəlilov bu vəzifədə də ona göstərilən etimadı layiqincə doğruldacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 − 5 =