Zərdab rayon Tarix-diyarşünaslıq muzeyinin 35 yaşı tamam olur – Fotolar

0
45

Zərdab rayon Tarix-diyarşünaslıq muzeyinin fəaliyyətə başlamasından 35 il ötür. Zerdab.com xəbər verir ki, bu barədə Beynəlxalq Muzeylər Günü və Tarix-diyarşünaslıq muzeyinin fəaliyyətinin 35 illiyinə həsr olunmuş “Muzeylərimiz-tariximiz, sərvətimiz” adlı tədbirdə direktor Şahnaz Mustafayeva məlumat verib.

Ş. Mustafayeva deyib ki, rayonumuzda Tarix-diyarşünaslıq muzeyi 1984-ci ildə yaradılıb: “2  minə yaxın eksponatla fəaliyyətə başlayan muzey, bu gün 8 bölmədə ekspozisiyasını nümayiş etdirir. Hazırda 5 mindən yuxarı eksponat muzey fondunda mühafizə olunur. Rayonun təbiəti, tarixi keçmişi, görkəmli şəxsiyyətləri, ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr muzeyin ekspozisiyasında öz əksini tapıb”.

Ş. Mustafayeva qeyd edib ki, Zərdabın qədim yaşayış yeri olduğunu sübut edən çoxlu sayda eksponatlar vardır ki, bunlar II minilliyə, IV-XIII əsrlərə aid tapıntılardır.

Tarix- diyarşünaslıq muzeyi İCOM Azərbaycan Milli Komitəsinin 1990-cı illərdən üzvüdür.

zerdab-rayon-tarix-diyarsunasliq-muzeyi

Tədbirdə  Mədəniyyət  Mərkəzinin, Uşaq İncəsənət məktəbinin, Mərkəzi Kitabxana sisteminin, Rayon İdman və Gənclər idarəsinin, “Əkinçi” qəzetinin, Uşaq yaradıcılıq birliyinin , Şəhər 1 saylı liseyin, Şəhər  2 və 3 saylı tam orta məktəblərin, 1 saylı Körpələr evi uşaq bağçasının müəllim və uşaqları iştirak ediblər.

Zərdabin tarixi

H.B.Zərdabi muzeyinin direktoru Vəfa  Bayramova, H.Əliyev mərkəzinin direktoru  Könül Rəhimova, Zərdab rayon şəhər 1 saylı məktəb-liseyin tədris işlər üzrə direktor müavini, Əməkdar müəllim Şəhla Eminova, rayon sakini Fiqurə Abbasova, rayon Mərkəzi Kitabxanasının direktor müavini Gülüstan Rəhimova, Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova, “ Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, Rayon Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Ələkbər Kərimov çıxış edərək muzeyin gördüyü işlərin əhəmiyyətindən danışıblar.

Mədəniyyət və Uşaq incəsənət məktəbinin  müəllim və şagirdlərinin ifasında  mahnı və rəqslər, gənc rəsamların tədir boyu muzey eksponatlarından canlı rəsmlər çəkib tədbirin sonunda təqdim etmələri tamaşaçıların marağına səbəb olub.