Lütvəli Babayev Yarməmmədbağı kəndində səyyar qəbul keçirib

0
87

Zərdab rayonunun Yarməmmədbağı kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
L. Babayev keçirilən müşavirələrdə ölkə Prezidentinin nitqlərindən irəli gələn vəzifələr və digər məsələləri onların diqqətinə çatdırıb.
Çıxış edən kənd sakinləri görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirməklə onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.