Zərdablı Qaçaq Qədir pristavın paqonlarını niyə sökmüşdü? – Onu hamımız tanımalıyıq…

0
58
zerdab-rayonu-tarix-qacaq

Qaçaq Bədir haqqında yəqin ki, çoxları, xüsusən gənc nəsil çox da məlumatlı deyil. Zerdab.com saytı Qaçaq Qədir (Bədir Abbasoğlu) ilə bağlı maraqlı bir məlumatı təqdim edir.

Qaçaq qədir Zərdab rayonunun Yuxarı Seyidlər kəndindən olub.

Pristavın ədalətsiz hərəkətlərinə dözməyib, onun paqonlarını söküb. Bu hadisədən sonra o, Qafqaz Canişinliyi tərəfindən həbs olunur və Sibirə sürgünə göndərilir.

Bir dostu ona Zərdabdan məktub yazıb soruşur: “Yanına gəlmək istəyirəm, gələndə sənə nə gətirim?”

Cavabında Qaçaq Bədir xəbər göndərir ki, “gələndə mənə sularımızın tamını, torpağımızın təravətini, bir də anamın əllərinin hərarətini gətir”. Dostu bu ismarıcdan bir şey başa düşmür və o dövrdə Zərdab ərazisində yaşayan, el arasında hörməti ilə ad çıxaran ağsaqqallara müraciət edir. Ağsaqqallar ona başa salırlar ki, Qaçaq Bədir səndən anasının bişirdiyi çörəyi istəyir. O çörəkdə istədiklərinin hamısı var.