Zərdablı idmançıların uğurları davam edir…

0

Bu ilin 3 ayında Zərdab rayonunun idmançıları da müxtəlif yarışlarda, çempionatlarda uğurlar əldə ediblər.

Zerdab.com saytı xəbər verir ki, bu fikirləri Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 2019-cu ilin birinci rübündə rayonda görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirib.

İcra başçısı bildirib ki, Bakı şəhərində keçirilmiş “Cüdo” idman növü üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyində idmançımız Paşazadə Aytəkin Azərbaycan çempionu olub və Azərbaycanın yığma komandasının tərkibinə daxil edilib.

Ağcabədi rayonunda Şahmat idman növü üzrə keçirilmiş Respublika turnirində idmançımız Hüseynov Hüseyn Natiq oğlu 10 yaşlılar arasında birinci yeri tutub.

Bakı şəhərində keçirilmiş Alpaqut döyüş sənəti üzrə V açıq ölkə çempionatında idmançılarımız Ağayev Nizami, İsrəfilov İbrahim qızıl, Şirəliyev Eyvaz, İsmayılov Murad, Əliyarlı Kamal, Qədirov Məhəbbət gümüş, Mikayılov Tural bürünc medal qazanıblar.

Başçı idmanın inkişafı istiqamətində rayonda tədbirlərin davam etdirildiyini, bu məqsədlə müxtəlif idman növləri üzrə yarışlar təşkil edildiyini, idmançılarımızın respublika turnirlərində fəal iştirakının təmin olunduğunu vurğulayıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

12 + nine =