Zərdabda 28 may – Respublika Günü qeyd olundu – Fotolar

0

28 May Respublika Günü münasibətilə Zərdab rayonunda silsilə tədbirlər keçirilib.

Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Heydər Əliyev parkında təşkil olunan ümumrayon toplantısında İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qədim köklərə söykənən tariximizdə müstəsna rola malikdir.
Rayon rəhbəri vurğulayıb ki, 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycan dövləti məhz Ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli siyasəti, xilaskarlıq missiyası sayəsində daha da qüdrətlənib. Bu gün müstəqil Azərbaycan regionun lider dövləti kimi beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox beynəlxalq və regional layihələrdə əsas aparıcı qüvvəyə çevrilib.
Toplantıda qeyd edilib ki, Zərdab rayonunun sosial-iqtisadi inkişafı, simasının müasirləşdirilməsi Ulu Öndər Heydər Əliyevin quruculuq siyasətinin uğurlu davamının nəticəsidir.

Son illərdə rayonda çoxsaylı sosial və istehsal təyinatlı obyektlər istifadəyə verilib. Hazırda Zərdabın kənd təsərrüfatı sahəsindəki keçmiş ənənələrinin qaytarılması, inkişaf etdirilməsi istiqamətində zəruri addımlar atılır. Bütün bunlar isə əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, işsizliyin aradan qaldırılmasına hədəflənib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six + 14 =