Zərdabda Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib – Fotolar

0

“Nəsimi ili” tədbirləri çərçivəsində respublikamızın bütün regionlarında olduğu kimi, Zərdab rayonunda da müxtəlif tədbirlər həyata keçirilib.

Zerdab.com saytının məlumatına görə, 27 may 2019-cu il tarixdə isə Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə təntənəli mərasim təşkil olunub. Əvvəlcə şairin 650 illik yubileyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva bildirib ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib.

Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Rayonun körpələr evi-uşaq bağçalarının, məktəblərin və mədəniyyət müəssisələrinin hazırladıqları  kompozisiyalar nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × 2 =