Zərdabın bu kəndi Şirvanın Xançoban mahalının naibinin adını daşıyır – Maraqlı faktlar

0
zerdab-melikmudlu-xancoban-mahali

Zərdabın ən qədim kəndlərindən biri də Məlikumudludur. Zerdab.com xəbər verir ki, bu kənd Zərdab şəhərindən 13 kilometr şimalda, Zərdab-Ucar şose yolunun bir neçə kilometrliyində yerləşir.

Kənddə bir vaxtlar heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq inkişaf edib.

Kəndin adı buranın ilk sakinlərindən olan Məlikumudun adı ilə bağlıdır.

Ərazisi 1917,77 hektardır.

Şirvanın Xançoban mahalının naibinin adını daşıyan ərazi Zərdabın mərkəzində yerləşir.

Məlikumudlu kəndi yaxınlığındakı yaşayış məskənində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət əşyaları, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olmuşdur.

Tədqiqatlar nəticəsində ərazidə IX-XIII əsrlərdə kənd tipli yaşayış yerinin olduğu müəyyənləşdirilib. Arxeoloji materiallar burada əkinçilik, maldarlıq və sənətkarlığın bu dövrdə inkişaf etdiyini göstərir.

Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili, Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Şirvan xanları Xançoban mahalından çıxdığı üçün bu mahala vergi təyin edilməmişdi. Xançoban mahalının sakinləri maldarlıq və əkinçiliklə məşğul olurdular. Mahalın naibi Məlik Umud idi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × one =