Zərdabda şəhid bacısının istəyi yerinə yetirildi: “Təşəkkür edirəm”

0

Zərdabın Sarıqaya kəndində yeni inşa olunan məktəb binasının qarşısına bu kənddən olan şəhid Mansur Qarayevin yeni abidəsi qoyulub. Bu barədə Zerdab.com saytına şəhidin bacısı Rəhilə Cəbrayılova məlumat verib.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Zərdab rayonunun Sarıqaya kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılır.

Bu məktəb 1994-cü il fevral ayının 2-də Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Qarayev Mənsur Şirvan oğlunun adını daşıyır.

Şəhidin bacısının istəyi yeni məktəb binasının həyətində qardaşının adına layiq, müasir abidəsinin qoyulması idi.

Rəhilə Qarayeva bu məsələni Zerdab.com saytı vasitəsilə ictimailəşdirmişdi.

Nəhayət, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyevanın köməkliyi və diqqəti ilə bu məsələ müsbət həll olunub.

Şəhidin bacısı əziyyəti keçən, onun sözünü eşidən, bu məsələdə diqqət göstərən hər kəsə təşəkkür edib. 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 4 =