Zərdabın icra başçısı Çallı kəndində səyyar qəbul keçirib – Fotolar

0
41

Zərdab rayonunun Çallı kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib. Bu barədə Zerdab.com saytına Zərdab Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
L. Babayev həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar barədə iştirakçılara məlumat verib, keçirilən müşavirələrdə ölkə Prezidentinin nitqlərindən irəli gələn vəzifələr və digər məsələləri onların diqqətinə çatdırıb.
Çıxış edən kənd sakinləri görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirməklə yanaşı, onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.