Zərdabda 50 ton barama təhvil verilib, proses davam edir – Rekorda doğru + Fotolar

0
41

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülüb. Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, rayon üzrə 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq barama tədarük edilib.

2019-cu ildə 1750 qutu barama qurdu kümçülərə paylanıb. 3800 nəfəri əhatə edən 760 ailə bu işlərlə məşğul olur. Artıq rayonda barama təhvilinə başlanılıb. Bu günədək 50 ton barama təhvil verilib, yaxın günlərdə isə 70 ton proqnoz tapşırığa əməl ediləcəkdir.

Rayon üzrə öndə gedən kümçülər:
– Gəlmə kənd sakini Teymur Teymurzadə  – 476 kq,
– Alıcanlı kənd sakini Əlişah Cavadov – 415 kq,
– Nəzəralılı kənd sakini Surxay Xəlilov – 327 kq,
– Məmmədqasımlı kənd sakini Rəşad Rəşidov – 258 kq,
-Əlvənd kənd sakini Mənsur İbrahimov – 241 kq,
– Sarıqaya kənd sakini Çingiz Abbasov – 240 kq,
– Bıçaqçı kənd sakini Əlif Qurbanov – 239 kq,
– Zərdab şəhər sakini Yusif Muradov – 223 kq,
– Ağabağı kənd sakini Əlişah Qurbanov – 191 kq,