Zərdabda könüllülük fəaliyyəti ilə bağlı layihənin təqdimatı olub

0
43

Zərdab Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin dəstəklənməsi” adlı layihənin təqdimatı keçirilib.

Bu barədə Zerdab.com saytına “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov məlumat verib.

Layihə barədə layihənin rəhbəri Eldar Xəlilov geniş məlumat verib. Sonra təşkilatın üzvü Şəhriyar Şükürzadə hazırlanmış videoçarx vasitəsilə layihə barədə, təşkilat və donor barədə məlumatlar verib və yaradılmış səlis proqramı haqqında geniş bilgilər çatdırıb.

Tədbirdə iştirak edənlər –  Zərdab RİH-nin məsul işçisi Kamil Məmmədov,

Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Zərdab Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov, Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva çıxış edərək əhəmiyyətindən danışdılar. Daha sonra ekspert və təlimçi sosial xidmət sahəsində könüllülük fəaliyyətini dəstəklənməsi mövzusunda çıxışlar etdilər.