Zərdabda qadın öz qohumunun evindən görün nələr oğurlayıb – Polis saxladı

0
38

Zərdabda qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Zerdab.com saytına verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları hadisə ilə bağlı əməliyyat keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L. Seyidova saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.