Zərdabda daha bir çempionat keçiriləcək – ELAN

0
zerdab-vakansiya-isci-axtarilir

Zərdab rayonunda böyüklər arasında stolüstü tennis idman növü üzrə rayon çempionatı keçiriləcək.

Bu barədə Zerdab.com saytına Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Belə ki, Gənclər və İdman Nazirliyinin, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təsdiq etdiyi Zərdab Rayon Gənclər və İdman idarəsinin 2019-ci ilin I yarımilliyi üçün perspektiv iş və tədbirlər planına uyğun olaraq “15 iyun Milli Qurtuluş günü” münasibəti ilə 15 iyun 2019 -ci il tarixdə saat 11:00-da UGİM-in zalında böyüklər arasında stolüstü tennis idman növü üzrə rayon çempionatı keçiriləcəkdir.

Maraqlananlar və iştirak etmək istəyənlər üçün əlaqə telefonları: 6-62-72 
050-480-59-53 
Əlaqələndirici şəxs: Ehtiram Osmanov

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six + fifteen =