Zərdabda məzunlarla keçirilən görüşdən FOTOLAR

0
zerdab-rayonu-lale-emireliyeva

Zərdab rayon Heydər Əliyev parkında rayonun ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirilib. 

Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Rəhman Feyzullayev çıxış edərək məzunları təbrik edib.

Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva da çıxışında gənclərə gələcək həyatlarında uğurlar arzulayıb.

Daha sonra Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “İstedadlar sorağında-2019” devizi altında keçirilən rayonun bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqəsi qaliblərinə hədiyyələr təqdim edilib və onların iştirakı ilə yekun konserti təşkil olunub.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 − one =