Zərdab barama tədarükünə görə yenə də Azərbaycanda 1-ci oldu – Fotolar

0
barama-zerdab-kumculer

Zərdab rayonunda barama tədarükü başa çatıb. Kümçülər “Azəripək” MMC-yə 65 min 310,8 kiloqram yaş barama təhvil verərək ötən ildəki kimi bu il də respublika üzrə ən yüksək göstəriciyə nail olublar.

Zerdab.com saytı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, təhvil verilən yaş barama keçən ildəkindən 11 min 430 kiloqram çoxdur. Kümçülər tərəfindən bu ilin məhsulu üçün 33 min 250 qram inkubasiya olunmuş ipəkqurdu toxumu bəslənilib.

Bölgədə ənənəvi, həm də gəlirli sahə olan baramaçılığa maraq ildən-ilə artır. Təsadüfi deyildir ki, cari mövsümdə kümçülərin sayı 104 nəfər artaraq 645 nəfərə çatıb.

Rayonda ən yüksək göstəriciyə Şıxbağı inzibati ərazi dairəsindən olan kümçülər nail olublar. Belə ki, burada 2370 qram baramaqurdu toxumundan 5 ton 796 kiloqram barama tədarük edilib. Şahhüseynli və Əlvənd kümçüləri də müvafiq olaraq 2324 qram baramaqurdu toxumundan 4 min 581 kiloqram və 1732 qram toxumdan 3 min 814 kiloqram yaş barama əldə edərək yaxşı nəticə qazanıblar.

Onlarca təcrübəli kümçünün də zəhməti gözəl nəticə verib. Məsələn, Gəlmə kəndindən Teymur Teymurzadə 757 kiloqram, Alıcanlıdan Ərşah Cavadov 700 kiloqram, Gödəkqobudan Kapitay İxtiyarov 369 kiloqram məhsul yetişdiriblər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

18 − eleven =