Zərdabda 1 ton narkotik aşkar edilib – RƏSMİ

0
37

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində daha bir uğurlu əməliyyat tədbiri keçirilib. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Zerdab.com saytına verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bıçaqçı kəndində yabanı halda bitmiş 150-170 santimetr hündürlükdə ümumi çəkisi 1051 kiloqram olan 1167 ədəd narkotik tərkibli çətənə kolları aşkarlanıb. 

Çətənə kolları polis əməkdaşları tərəfindən yandırılaraq məhv edilib.